Cəlilabadda 3 ayda əhaliyə göstərilən ödənişli xidmətlər və iaşə dövriyyəsində artım olub.
Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2026-cı ilin yanvar-mart aylarında əhaliyə 35855,5 min manatlıq və ya 2025-ci ilin yanvar-mart aylarına nisbətən 4,5 faiz çox ödənişli xidmətlər göstərilmişdir. Ödənişli xidmətlərin həcmində hüquqi şəxslərin payı 9927,0 min manat və ya 27,7 faiz, fiziki şəxslərin payı isə 25928,5 min manat və ya 72,3 faiz təşkil etmişdir. 2026-cı ilin yanvar-mart aylarında əhaliyə göstərilən məişət xidmətlərinin həcmi 4287,7 min manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çox olmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə hüquqi şəxslər üzrə ödənişli xidmətlər 65,4 faiz, məişət xidmətləri 4,9 faiz artmış, fiziki şəxslər üzrə ödənişli xidmətlər 8,4 faiz azalmış, məişət xidmətləri isə 3,3 faiz artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərdə ümumi dövriyyənin 2311,6 min manatını və ya 6,4 faizini dövlət mülkiyyəti təşkil etmişdir.
2026-cı ilin yanvar-mart aylarında iaşə dövriyyəsinin həcmi 3724,4 min manat təşkil etmiş və 2025-ci ilin yanvar-mart aylarına nisbətən 4,9 faiz çox olmuşdur. İaşə dövriyyəsinin 588,2 min manatı və ya 15,8 faizi hüquqi şəxslərin, 3136,2 min manatı və ya 84,2 faizi isə fiziki şəxslərin payına düşmüşdür. Hüquqi şəxslər üzrə iaşə dövriyyəsi 2,2 faiz, fiziki şəxslər üzrə isə 5,4 faiz artmışdır.