“Respublika fənn olimpiadalarına hazırlıq” layihəsinin təlimləri keçirilib

Salyan rayonunda “Respublika fənn olimpiadalarına hazırlıq” layihəsinin təlimləri keçirilib.

Təlimlər Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmaüllü məktəb-liseyində baş tutub.

Belə ki, təlimlərdə rayon üzrə yüksək nəticə toplamış müəllimlər üçün 4 fənn üzrə təlimlər təşkil olunub. Təlimin sonunda müəllimlər proqram və materiallarla təmin edilib.

Təlimlərin əsas mövzuları – olimpiada suallarının hazırlanması və təhlili, olimpiadaya hazırlıq resursları ilə tanışlıq, istedadlı uşaqlarla işin düzgün təşkili və innovativ pedaqoji yanaşma, olimpiada dərs planın hazırlanması, olimpiada sualları ilə praktiki işin təşkili və olimpiada mövzularının tədris metodikası olub.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd müəllimlərin birlikdə əməkdaşlığı nəticəsində 4 fənn (fizika, kimya, biologiya və riyaziyyat) üzrə 80 nəfər 9 və 10-cu sinif şagirdinin respublika fənn olimpiadalarına hazırlaşdırılması üçün mərkəzin yaradılmasıdır.

 

Paylaş:
Yuxarı