“Məktəb Ailə İcma Birliyinin köməyilə məktəblərdə psixo-sosial durumunun yaxşılaşdırılması” layihəsinin açılış mərasimi olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Məktəb Ailə İcma Birliyinin köməyilə məktəblərdə psixo-sosial durumunun yaxşılaşdırılması” layihəsinin açılış mərasimi keçirilib.
Mərasim Hacıqabul şəhər Vidadi Quliyev adına 6 nömrəli məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri, layihənin işçi qrupu və müəllimlər iştirak edib.
Çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd şagirdlərin təlim-tədris fəaliyyətlərinin təkmilləşdirilməsi və şagirdlərin məktəb və sonrakı həyatlarında uğur əldə etməsini təmin edən bacarıqların qazandırılması ilə bağlı məsuliyyətlərin məktəb, ailə və icma arasında paylaşdırılmasını, məktəb, ailə və icma arasında ünsiyyət, əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsini təmin etməkdir. Həmçinin bildirilib ki, icma üzvləri ilə (İcra hakimiyyəti, biznes və sənaye və s.) tərəfdaşlıq dəstəklənəcək, fəaliyyətin qiymətləndirilməsini dəstəkləmək və məktəblərin tərəfdaşlıq üzrə irəliləyişinə nəzarət ediləcək, Məktəb, Ailə və İcma Tərəfdaşlığının cari vəziyyəti ilə bağlı ictimaiyyət məlumatlandırılacaqdır. Eyni zamanda qeyd olunub ki, Məktəb Ailə İcma Birliyi tərəfindən “Valideyinin məktəbdə rolu” mövzusunda seminarların təşkil olunacaq və layihənin davamlılığı və uğurlu modelin fəaliyyəti barədə digər məktəblərdə təqdimat ediləcəkdir.
Tədbirdə çıxış edən digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.
Paylaş:
Yuxarı