Sabah Biləsuvarın 19 yaşayış məntəqəsində qazın kəsilməsi planlaşdırılır

Sabah Biləsuvar rayonun 19 yaşayış məntəqəsində qazın kəsilməsi planlaşdırılır.

Regioninfo-nun məlumatına görə, rayon ərazisində Qaz İxrac İdarəsinin balansında olan daşıyıcı qaz kəmərlərində korroziyaya uğramış hissələrinin dəyişdirilməsi məqsədilə sabah saat 09:00-dan işlər başa çatanadək 19 yaşayış məntəqəsi olmaqla 16000 abonentin qaz təchizatının “Biləsuvar” QPS-dən qidalanan “Biləsuvar 1-ci, 2-ci xətt” və “Biləsuvar Sənaye” ölçü qovşaqlarından dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Paylaş:
Yuxarı