Astarada baş verən yol qəzasında piyada ölüb.
Regioninfo-nun məlumatına görə, hadisə axşam saatlarında rayonun Pensər kəndində baş verib. Pensər kənd sakini, 1985-ci il təvəllüdlü Qismət Cəbrayıl oğlu Feyziyev idarə etdiyi “VAZ 2104” markalı minik avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirib və piyada Xəyalə Məzahir qızı Nəsirovanı vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nəqliyyat vasitəsi yol kənarındakı internet dirəyinə çırpılaraq, dirəyi də sıradan çıxarıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
İlkin ehtimala görə qəzaya səbəb yağışlı hava şəraiti göstərilir.
Faktla bağlı araşdırma aparılır.