“Riyaziyyatda fərq yarat” layihəsinin icrası yekunlaşdı

IX qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib gəlmiş “Riyaziyyatda fərq yarat” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Layihə çərçivəsində Khan Academy materiallarına əsaslanan 3 aylıq dərs proqramı hazırlanaraq və 20 nəfər şagirdə 2 qrupda həftədə 1 dəfə, hər dərs 2 saat olmaqla tədris edildi.
Qeyd edək ki, “Riyaziyyatda fərq yarat” adlı layihə Tatar kənd tam orta məktəbdə Murad Rəsulzadə tərəfindən həyata keçirilmişdir. Layihənin əsas məqsədi Khan Academy platformasının 4-cü sinif riyaziyyat fənni üzrə resurslarının məktəb tədrisinə inteqrasiyası, şagirdlərin riyaziyyat və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, fərdi yanaşma əsasında interaktiv və əyləncəli öyrənmənin təşviq edilməsidir.

Paylaş:
Yuxarı