Lənkəranda evlərin birində meyit tapılıb – FOTO

Bir müddət itkin düşən qadının meyiti tapılıb.

Regioninfo-nun verdiyi məlumata görə bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi döngə 1 də meyit tapılıb. Onun bir müddət əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları adı çəkilən ünvanda istintaq aparır. Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma davam etdirilir.

Paylaş:
Yuxarı