Mübariz Liseyində “Zəfəri xəyal etmədik, qazandıq!” adlı tədbir keçirilib

Mübariz İbrahimov adına Məktəb-Lisey kompleksində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfəri xəyal etmədik, qazandıq!” adlı tədbir keçirilib.
Regioninfo xəbər verir ki, Mübariz İbrahimov adına Məktəb-Lisey kompleksində keçirilən tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və liseyin kollektivi iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir Kompleksin şagirdləri tərəfindən Zəfər bayramına həsr olunmuş maraqlı bədii hissə ilə davam etdirilib.
Sonda xatirə şəkli çəkdirilib.
Paylaş:
Yuxarı