Bölgə mətbuat nümayəndələri Şuşaya səfər edib

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə müxtəlif regionlarda fəaliyyət göstərən media subyektlərinin 100-dən çox nümayəndəsinin Azərbaycanın mədəniyyət paytaxtı və qədim şəhəri Şuşaya səfəri baş tutub.

Regioninfo xəbər verir ki, jurnalistlər Şuşada tarixi-mədəni abidələrlə, erməni təcavüzünə məruz qalmış məscidlərlə və şəhərin görkəmli yerləri ilə tanış olublar. Media nümayəndələri Yuxarı Gövhərağa məscidinə, “Bazarbaşı” meydanına, Vaqifin məqbərəsinə və digər mühüm yerlərə baş çəkiblər.

Sonda Cıdır düzünə gələn media nümayəndələri buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Paylaş:
Yuxarı