Azərbaycanda sürətlə irəliləyən universitetin adı açıqlandı

“National H-index Ranking” tərəfindən 2023-cü ilin dördüncü rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi institutların və ali təhsil müəssisələrinin Hirş indeksinə (H-index) görə reytinq sıralaması-“Azerbaijan National H-index Ranking-2023” açıqlanıb.

Bu haqda AzEdu.az istinadən  xəbər verir ki, SDU əvvəlki ilin reytinqi ilə müqayisədə 83 müəsissə arasında ölkə üzrə 16 pillə irəliləyərək 52-ci yerdən 36-cı yerə yüksəlib. Ali təhsil müəssisələri reytinqində isə 31-ci yerdən 16-cı yerə yüksəlib. Scopus indeksində 8, Web of Science indeksində isə 6 pillə yüksəlmə qeydə alınıb.

Reytinqdə Scopus, Web of Science və Google Scholar kimi elmiometrik verilənlər bazası və platformalarından alınan məlumatlara istinad edərək, Azərbaycan elmi müəssisələrinin ümumi h-indeksi nəzərə alınıb. Bu məlumatlar əsasında Milli H-indeksinin Reytinq göstəricisi və reytinqdə müvafiq mövqe formalaşır. Qeyd edək ki, reytinq siyahısı hazırlanarkən Azərbaycanın 84 elmi institut və universitetinin elmi fəaliyyəti analiz edilib.

Sumqayıt Dövlət Universitetinin Reytinqdə milli H-indeksi (National H-index) 7-ə bərabərdir.

Azərbaycan Milli H-index Ranking, konsolidasiya edilmiş h-indeksi əsasında Azərbaycan alimlərinin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlmiş müstəqil beynəlxalq reytinqidir

Paylaş:
Yuxarı