30-a yaxın ahıl səyyari xidmətdən yararlanıb

Sosial Xidmətlər Agentliyi tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbir keçirilib.

Agentliyin Lənkəran – Astara regional filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilən tədbirə Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Masallı rayonlarından olan 30 ahıl cəlb edilib.

Ahıllarla səmimi söhbət olunub, agentlik əməkdaşları ilə birlikdə təbiət qoynunda xoş bir gün keçiriblər.

Paylaş:
Yuxarı