Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 60 şagird fənn olimpiadalarının finalına vəsiqə qazanıb

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə 60 şagird respublika fənn olimpiadalarının finalında iştirak etmək hüququ qazanıb.

Bu barədə regioninfo-ya regional təhsil idarəsindən məlumat verilib. Bildirilib ki, olimpiadaların final mərhələsinə Şirvan rayonu üzrə 25, Neftçala rayonu üzrə 16, Biləsuvar rayonu üzrə 8, Salyan rayonu üzrə 7, Hacıqabul rayonu üzrə 4 şagird vəsiqə qazanıb.

Qeyd edək ki, olimpiadaların keçirilməsində məqsəd istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Paylaş:
Yuxarı