Cəlilabad sakini itkin düşüb – FOTO

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev 2024-cü il aprelin 27-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

Regioninfo-nun məlumatına görə, Nəsib Quliyevin əlamətləri bunlardır: Boyu 173 sm., gözləri qonur rəngdədir.

Evdən çıxan zaman əynində göy rəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub.

Onun barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Paylaş:
Yuxarı