Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə Respublika Fənn Olimpiadalarının növbəti mərhələsində iştirak edəcək şagirdlərin sayı məlum olub

24 dekabr 2023-cü ildə keçirilmiş Respublika Fənn Olimpiadalarının rayon/şəhər mərhələsinin nəticələri elan olunub.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən regioninfo-ya verilən məlumata görə, idarənin əhatə etdiyi rayonlar üzrə 732 nəfər şagird növbəti mərhələyə vəsiqə qazanıb.

Belə ki, Biləsuvar rayonu üzrə 125 şagird, Neftçala rayonu üzrə 167 şagird, Şirvan şəhəri üzrə 213 şagird, Salyan rayonu üzrə 153 şagird və Hacıqabul rayonu üzrə 74 şagird yarımfinal mərhələsində iştirak hüququ əldə edib.

Paylaş:
Yuxarı