Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Biləsuvarda vətəndaş qəbulu keçirib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Biləsuvar rayonunda vətəndaş qəbulu keçirib.

Regioninfo xəbər verir ki, qəbul zamanı idarə müdiri vətəndaşların müraciətlərini dinləyərək onları narahat edən məsələlərlə yaxından tanış olub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib. Araşdırılması vacib olan məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Vətəndaş qəbulu zamanı, əsasən işə qəbulla bağlı müraciətlər üstünlük təşkil edib.

Eyni zamanda Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli idarənin əməkdaşları ilə birlikdə rayonda ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində tədrisin təşkili vəziyyəti və payız qış mövsümü ilə əlaqədar görülmüş işlərlə yaxından tanış olublar.

Paylaş:
Yuxarı