Şirvan məktəblisi Respublika Fənn Olimpiadasında bürünc medal qazanıb

Şirvan məktəblisi Respublika Fənn Olimpiadasında bürünc medal qazanıb.

Regioninfo xəbər verir ki, informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri açıqlanıb.

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə Şirvan şəhər 18 nömrəli tam orta məktəbin şagirdi Əmənov Mövlan İlkin oğlu bürünc medal qazanıb.
Mövlanı, onun müəllimlərini və valideynlərini təbrik edir, növbəti günlərdə final mərhələsinə qatılacaq şagirdlərimizə uğurlar arzu edirik.
Paylaş:
Yuxarı