““Məktəb evimdir!” – icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı” layihəsinin təlimləri keçirilib və layihənin bağlanış mərasimi olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Məktəb evimdir!” – icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı” layihəsinin təlimləri keçirilib.
Həmçinin layihənin icra planına uyğun olaraq bağlanış mərasimi baş tutub.
Mərasim Kürdəmir rayonu Atakişili kənd tam orta məktəbdə keçirilib. Tədbirdə layihə rəhbəri, layihənin idarəetmə komandası, müəllimlər iştirak edib.
Çıxış edən layihə rəhbəri yekunlaşan layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd “Məktəb evimdir!” proqramı çərçivəsində icma üzvlərini – valideynləri təlimatlandırmaqla icma-məktəb münasibətlərinin inkişaf etdirilməsi üçün təşəbbüslərin həyata keçirilməsi olub.
Tədbirdə çıxış edənlər digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar. Həmçinin layihənin uğurla yekunlaşdığını vurğulayıblar.
Paylaş:
Yuxarı