Astarada 6 otaqlı ev yanıb

Astarada fərdi yaşayış evində yanğın olub.

Regioninfo-nun verdiyi məlumata görə yanğın hadisəsi axşam saatlarında Astara rayonunun dağ kəndlərindən biri olan Marzəsə kəndində, 50 yaşlı Maarif Mütəllim oğlu Babayevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Yolsuzluq şəraitinə görə Astara rayon yanğından mühafizə hissəsinin texnikası əraziyə qalxa bilməyib. 2 mərtəbəli 6 otaqlı ev əşyaları ilə tamamilə yanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Paylaş:
Yuxarı