Qubada quru ot tayaları yanıb – FOTO

Quba rayonunun, Güləzi kəndində vətəndaşa məxsus 5 ədəd ot quru ot tayaları yanıb.

Regioninfo-nun Şimal bürosunun məlumatına görə, Quba rayonunun, Güləzi kəndində, kənd sakini Şakir Mütəllibova məxsus həyətyanı sahədə olan 5 ədəd quru ot tayaları yanıb (25 ton quru otun 15 tonu yanıb).

Yanğın yerinə Quba Rayon Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsilə yanaşı Qusar Rayon Yanğından Mühafizə Xidmətinin 1 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğın, yanğınsöndürənlər tərəfindən söndürülüb, yanğının ətrafa yayılmasının qarşısı alınıb.

Qeyd edək ki, Güləzi kəndi rayon mərkəzindən 35 kilometr məsafədə, dağlıq ərazidə yerləşir.
Qubanın dağlıq ərazilərində yerləşən kənd və yaşayış məntəqələrində yanğın hadisəsi baş verdikdə yanğınsöndürmə briqadaları hadisə yerinə nisbətən gec çatır.

Faktla bağlı araşdırma aparılır.

Aydın Adıgözəlov, Quba.

Paylaş:
Yuxarı