Lənkəranda baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb – YENİLƏNİB – FOTO – VİDEO

Lənkəranda baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb.

Regioninfo-nun verdiyi məlumata görə, ağır xəsarət alan 1997-ci il təvəllüdlü Samir Yusif oğlu Abbasov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Sıxılaraq deformasiyaya uğrayan yük avtomobilinin içində qalan S.Abbasov xilasedicilər tərəfindən yük maşınından çıxaraq aidiyyəti üzrə təhvil verilib. Xəstəxanada onu xilas etmək mümkün olmayıb.

14:45

Lənkəran rayonunda yük maşını traktorla toqquşub.

Regioninfo-nun məlumatına görə, hadisə Ələt-Astara-İran dövlət sərhədi yolunda, “ASAN Xidmət”in qarşısında baş verib.

Hadisə nəticəsində ağır yaralanan traktorun sürücüsü təcili yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Sıxılmış vəziyyətdə qalan iki nəfərin xilasedicilər tərəfindən deformasiyaya uğramış yük avtomobilindən çıxarılması işləri aparılır.

 

Paylaş:
Yuxarı