““Gələcək Liderlər” – skaut metodları ilə qeyri-formal təhsilin təşkili proqramı” layihəsinin növbəti mərhələsi icra olunur

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Gələcək Liderlər” – skaut metodları ilə qeyri-formal təhsilin təşkili proqramı” layihəsinin növbəti mərhələsi icra olunur.
Belə ki, layihənin icra planına uyğun olaraq təlimə hazırlıq işləri aparılıb, ekspertlərin cəlb olunub və təlimlər keçirilir.
Daha sonra təhsilalanların inkişafı ilə bağlı uzunmüddətli proqram – kurikulum tərtib ediləcək, dəstə görüşlərinin təşkili ilə təhsilalanların liderlik bacarıqlarının inkişaf etdirilməsinə, sağlam həyat tərzi keçirmələrinə, zərərli vərdişlərdən qorunmanın təbliğinə dəstək olunacaq və qeyri-formal təhsil forması – skaut metodlarını praktiki tətbiq etmək üçün düşərgə təşkil ediləcəkdir.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd qeyri-formal təhsil formasından – skaut metodlarından istifadə etməklə Neftçala rayonunun 3 məktəbində təhsilalanların liderlik bacarıqlarının inkişaf etidirilməsinə, sağlam həyat tərzi keçirmələrinə, zərərli vərdişlərdən qorunmanın təbliğinə dəstək olmaq və bu istiqamət üzrə kadrların təlimləndirilməsinə nail olmaqdır.
Bildirək ki, düşərgə vasitəsi ilə layihənin uzunmüddətli və dayanıqlı olması ilə bağlı strateji planlar hazırlanacaq, düşərgə təşkil etməklə təhsilalanların tətil günlərini və asudə vaxtlarını səmərəli və öyrədici şəkildə keçirmələrinə yardımçı olunacaq və könüllülük prinsipləri ilə skaut fəaliyyətinin davamalılığını təmin etmək üçün Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi ilə əməkdaşlıq edilir.
Paylaş:
Yuxarı