Cəlilabadda yük maşını aşıb – FOTO – VİDEO

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Regioninfo-nun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb. “İsuzu” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsinə ziyan dəyib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı