Lənkəranda baş verən qəzada piyada ölüb – FOTO – VİDEO

Lənkəranda baş verən qəzada piyada ölüb.

Regioninfo-nun verdiyi məlumata görə Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhəri ərazisində fəaliyyət göstərən “Dairəvi-1” marşrutu xətti üzrə hərəkət edən “PAZ” markalı avtobus, 1939 – cu il təvəllüdlü İbrahim İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Paylaş:
Yuxarı