SMA xəstəsi Fatehin valideynlərindən YARDIM ÇAĞIRIŞI

SMA xəstəsi uşağın valideyinləri sosial şəbəkələrdə yardım çağırışı ediblər.

Regioninfo valideyinlərin həmin paylaşımını təqdim edir.

“Bizim balamıza SMA diaqnozu qoyulub. Müalicəsi çox bahadır. Ən qısa zamanda “Zolgensma” iynəsi vurulmalıdır. Onun qiyməti 2.16 milyon dollardır. Əks halda onu 2 yaşına çatmadan itirəcəyik. Evimizin işığı sönəcək. İndiki halda əlimizdən gələn səbirli olub mübarizə aparmaq, sonadək təslim olmamaqdır.

Məbləğdən göründüyü kimi, bu, tək ailəmizin çatacağı hədəf deyil. Sizin yardımınıza ehtiyac var. Hamınızdan xahiş edirik, bu yolda Fatehin sağalması üçün əlinizdən gələni əsirgəməyəsiniz

Şəhriyar Cehremi və Aygün Abbasova – Fatehin valideynləri”.

Qeyd edək ki, dəstək olmaq üçün aşağıdakı kart hesabından istifadə edə bilərsiniz:

4169738890406238

Paylaş:
Yuxarı