Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bilik yarışı keçirildi

Biləsuvar rayonunda məktəblilər arasında ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə bilik yarışı və qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mükafatlandırma mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, layihə rəhbəri və tədbirin təşkilatçısı Kamran Kamranlı, layihəyə dəstək tərəfdaş şirkətlərin nümayəndələri, aidiyyəti təşkilat rəhbərləri və qaliblər iştirak edib. 

Regioninfo xəbər verir ki, Biləsuvar Gənclər Evində baş tutan mükafatlandırlma mərasimindən öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Biləsuvar Gənclər Evində təşkil olunmuş tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirin birinci hissəsində məktəb şagirdləri arasında Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş esse yazı müsabiqəsi və 25 sualdan ibarət test suallarının cavablandırması yarışması keçirildi.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək Ümummili Lider Heydər Əliyevin həyatı və ölkəmizin müstəqilliyi, sosial-iqtisadi inkişafı üçün gördüyü ölçüyəgəlməz işlərdən danışdı. F.Qürbətov Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin tarixi uğurlara imza atdığını söyləyib. Layihənin əhəmiyyətini xüsusi qeyd edən icra başçısı bunun həm də məktəblilər arasında elmə, savada yiyələnmək yolunda maarifləndirici bir tədbir olduğunu qeyd edib.

Layihə rəhbəri Kamran Kamranlı və layihəyə dəstək tərəfdaş şirkətlərin nümayəndələri çıxış edərək tədbir haqqında ətraflı məlumat veriblər.Qeyd olunub ki, bu səpkili tədbirlərin keçirilməsi şagirdlərə stimul verəcək ki, öz həmyaşıdları arasında daima bilik yarışlarında iştirak etsinlər.

Mükafatlandırma mərasimində 1-ci yeri tutan şagirdə “Wentto Electronics” mağazalar şəbəkəsi tərəfindən 500 aznlıq hədiyyə kuponu, 2-ci yerin qalibinə 300 aznlıq hədiyyə kuponu, 3-cü yerin sahibinə “Yovşan” klinkası tərəfindən planşet, 4-cü yerin sahibinə “Wentto Electronics” mağazalar şəbəkəsi tərəfindən 100 azn pul mükafatı və “Qafqaz” konserv zavodu tərəfindən məktəbli çantaları hədiyyə verildi. Laihənin əsas tərəfdaşı “Educompany school” şirkəti tərəfidən laihədə iştirak edən bütün şagirdlərə təhsilə aid kitablar hədiyyə verildi.

Tədbirdə həmçinin Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “alo karyera” xidməti barədə şagirdlərə məlumat verildi və tədbirdən sonra layihənin iştirakçılarına “alo karyera” xidməti göstəriləcəyi bildirildi.

Paylaş:
Yuxarı