Lənkəranda dostlar yumaq üçün götürdükləri avtomobillə ağır qəza törədiblər

Lənkəranda dostlar yumaq üçün götürdükləri avtomobillə ağır qəza törədiblər.

Regioninfo-nun məlumatına görə, avtoyuma məntəqəsində çalışan Lənkəran şəhər sakinləri 2000-ci il təvəllüdlü Taleh Aydın oğlu Abdullazadə və 2006-cı il təvəllüdlü İsmayıl Ümid oğlu Xansuvarlı avtomobili yumaq adı ilə dostlarından alaraq idarə ediblər.

Sükan arxasına keçən T.Abdullazadə yolda avtomobili yüksək sürətlə idarə edib və idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə, sonra isə qaz tənzimləyicisinə çırpılıb.

Nəticədə avtomobildə sərnişin qismində olan İ.Xansuvarlı hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı