Biləsuvarda iki yol qəzası baş verib, xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən iki yol qəzası baş verib.

Regioninfo-nun məlumatına görə, hadisələrdən biri rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin aşması nəticəsində sürücü, 1967-ci il təvəllüdlü A. Qasımov müxtəlif bədən xəsarətləri alıb.

Daha bir qəza isə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Motosiklet “Niva” markalı minik avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü, 1993-cü il təvəllüdlü O. Abışov xəsarət alıb.

Hər iki yaralı rayon xəstəxanasına aparılıb.

Paylaş:
Yuxarı