Lənkəranda 2024-cü ilin ilk uşağı dünyaya gəlib

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Perinatal Mərkəzində dünyaya gələn ilk uşaq oğlandır.

Regioninfo-nun verdiyi məlumata görə 01.01.2024-cü il tarixində saat 01:25 doğulan körpənin cinsi oğlan, boyu 52 sm, çəkisi 4 kq olub.

Qeyd edək ki, Lənkəran rayonunun, İsti – Su qəsəbə sakini 24 yaşlı Sevinc Məmizadə təbii doğuşla körpəni dünyaya gətirib və bu onun ikinci oğlan övladıdır.

Doğuşu mama-ginekoloq Təranə Aslanova tərəfindən uğurla aparılıb, hazırda ananın və yeni doğulan köpənin vəziyyəti stabildir.

Paylaş:
Yuxarı