“Educare – təhsildə qayğı və maarifləndirmə” layihəsinin açılışı olub

“Educare – təhsildə qayğı və maarifləndirmə” layihəsinin açılış mərasimi keçirilib.

Mərasim Laçın rayon P.Məmmədov adına 46 nömrəli tam orta məktəbdə baş tutub.

Açılış mərasimində layihə rəhbəri, layihənin komanda üzvləri, müəllimlər iştirak edib.

Çıxış edən layihə rəhbəri qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd “Educare” platformasından 10 kursun tərcümə edilməsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində kursların agma.az platformasına yerləşdirilməsi ilə məktəblərdə psixo-sosial, emosional durumun yaxşılaşdırılmasına, təhsilalanların fiziki-psixoloji zorakılıqdan və qısnamadan qorunmasının təmin olunması işinə dəstək verməkdir. Bu məqsədə çatmaq üçün yuxarıda qeyd olunmuş 10 kursun hər birinin ödənişini edərək kontent ingilis dilində əldə ediləcək, hər kursda 3 modulun ümumilikdə 10 kurs üzrə 30 modul tərcümə olunacaqdır. Həmçinin videomühazirələr formasında 10 təlim kursu hazırlanacaq və hazırlanan kurslar agma.az platformasına yerləşdiriləcəkdir

Digər çıxış edən qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar diləyiblər.

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən biridir.

Paylaş:
Yuxarı