Şirvan-Salyan Regional Təhsil İdarəsi: “Təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb”

Payız-qış mövsümü ilə əlaqədar Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb.

Bu barədə regioninfo-ya regional idarədən məlumat verilib.

Belə ki, regional idarənin tabeliyində fəaliyyət göstərən 140 müəssisə qazla, 62 müəssisə odunla, 8 müəssisə dizellə, 30 müəssisə isə elektriklə qızdırılır.

Regiondakı məktəblərin əksəriyyətində mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, bəzi təhsil müəssisəsində isə qaz sobaları və kombi sistemi quraşdırılıb.

Qeyd olunub ki, son illərdə rayonda yeni modul tipli məktəblər istifadəyə verildiyindən odunla qızdırılan təhsil ocaqlarının sayı azalıb.

Paylaş:
Yuxarı