Şirvanda Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vətəndaş qəbulu keçirib

Vətəndaş məmnuniyyəti mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərdəndir.
Regioninfo xəbər verir ki, bu gün Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Şirvan şəhərində vətəndaş qəbulu keçirib.
İdarə müdiri qəbulda iştirak edən vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Paylaş:
Yuxarı