“Riyaziyyatda fərq yarat” layihəsi çərçivəsində məşğələlər davam edir

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Riyaziyyatda fərq yarat” layihəsi çərçivəsində təlimlər ardıcıl şəkildə davam etdirilir. Layihə çərçivəsində şagirdlərin riyazi bilik və bacarıqlarının inkişafına yönəlmiş məşğələlər təşkil olunur.

Mövzu üzrə əsas anlayışlar şagirdlərə təqdim olunur və praktik tapşırıqlar üzərində işlənilir. Təlimlər interaktiv formada təşkil olunaraq şagirdlərin dərsə marağının artırılmasına və mövzunu daha dərindən mənimsəməsinə şərait yaratmışdır. Layihənin təlimçisi Əfsanə İbrahimovadır.

“Riyaziyyatda fərq yarat” layihəsi Tatar kənd tam orta məktəbdə Murad Rəsulzadə tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi şagirdlərin Khan Academy platformasında təqdim olunan riyaziyyat materiallarını milli kurikulum əsasında öyrənməsini təmin etmək və onların biliklərini daha da dərinləşdirməkdir.

Paylaş:
Yuxarı