Lənkəranda minik avtomobili 17 yaşlı yeniyetməni vurub

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Regioninfo-nun məlumatına görə hadisə axşam saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili piyada, rayonunun Aşağı Nüvədi kənd sakini 2007 – ci il təvəllüdlü Şahrza Ağayar oğlu Əliyevi vurub.

Yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə çatdırılıb. İlkin tibbi yardımdan sonra Ş.Əliyev travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı