Şirvan məktəbliləri Beynəlxalq şahmat festivalında yüksək nəticələr qazanıb

“Təhsil” RİM Şirvan şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbi PHŞ-nin şahmatçıları 27 aprel- 05 may 2024-cü il tarixlərdə keçirilən Beynəlxalq şahmat festivalında yüksək nəticələr qazanmışlar.

“Ostravsky Konik 2024” Beynəlxalq şahmat festivalında 15 ölkədən 341 şahmatçı iştirak etmişdir. Şahmat festivalında Şirvan şəhər UGİŞMPHŞ-nin şahmatçılarından ibarət komandası da iştirak etmiş və iştirakçılardan Qədirov Yusif C qrupunun qalibi olaraq 1-ci yeri tutmuş, Xəlilzadə Zəhra C qrupu qızlar arasında 1-ci yer və ümumi olaraq C qrupunun 5-cisi olmuş, Abdullayev Əhməd C qrupunda 7-ci yeri tutaraq mükafatçılar sırasına qatılmış və pul mükafatı ilə təltif olunmuşlar.

Eyni zamanda şahmatçılarımız ilk dəfə olaraq Beynəlxalq turnirdə FİDE reytinqlərini də yüksəltməyə nail olmuşlar.

Paylaş:
Yuxarı