Cənub bölgəsindəki fermerlərə 40 min manatdan çox sığorta ödənişi verilib

Aqrar Sığorta Fondu Cəlilabad, Biləsuvar, Yardımlı və Lerik rayonlarında təsərrüfatlarını sığortalanmış fermerlərə 40 min manatdan çox sığorta ödənişi verib.

Regioninfo-ya bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, kənd təsərrüfatı məhsullarının istehsalçıları ödənişi qeyri-sabit hava şəraiti – dolu, sel, subasma, leysan, fırtına, şaxtavurma nəticəsində dəymiş ziyana görə alıblar. Kompensasiya Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarındakı buğda-arpa sahələri, Lerikdə isə ərik bağı üzrə ödənilib.

Biləsuvar rayonunda təşkil edilmiş tədbirdə bildirilib ki, bu ilin yanvar-noyabr aylarında Aqrar Sığorta Fondu zərər görən təsərrüfatlara ümumilikdə 4 milyon manata yaxın ödəniş edib və bu məbləğ günü-gündən artmaqdadır.

Paylaş:
Yuxarı