Məktəbəqədər təhsil qrupunun yaradılması layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində qalib layihələrdən olan Məktəbəqədər təhsil qrupunun yaradılması layihəsinin açılış mərasimi olub.
Mərasim Şirvan şəhər 12 nömrəli tam orta məktəbində baş tutub.
Açılış mərasimində layihənin rəhbəri, işçi heyəti və valideynlər iştirak edib.
Qeyd olunub ki, layihənin əsas məqsədi Şirvan şəhər 3 saylı Yasəmən körpələr evi-uşaq bağçasında mövcud boş otaqda qısamüddətli məktəbəqədər təhsil qruplarının yaradılması ilə bağçanın əhatəliliyin genişləndirilməsinə dəstək olmaqdır.
Çıxış edən qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar diləyiblər.
Paylaş:
Yuxarı