Masallıda yol qəzası olub, 4 nəfər xəsarət alıb – VİDEO

Masallı rayonunda avtoqəza olub.

“Report”un Cənub bürosunun məlumatına görə, Masallı Rayon Mərkəzi Xəstəxanasına rayonun Sərçuvar kəndi ərazisində baş verən qəza ilə bağlı 4 yaralı daxil olub.

Onlar 1953-cü il təvəllüdlü Mirzəyeva Gülxar Əziz qızı, 1964-cü il təvəllüdlü Sucayeva Gülnisə Seyid qızı, 1979-cu il təvəllüdlü Zülfiyev Dilqəm Akif qızı və 1998-ci il təvəllüdlü Həsənzadə Elçin Alışan oğludur.

Yaralıların üçü reanimasiya şöbəsinə yerləşdirilib.

Paylaş:
Yuxarı