Cəlilabadda 3 ayda sənayenin və tikintinin əsas göstəriciləri məlum olub.
Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2026-cı ilin yanvar-mart aylarında sənaye sahəsində 18 müəssisə fəaliyyət göstərmişdir. Hesabat dövründə sənaye məhsulu və xidmətlərinin həcmi 31909,5 min manat təşkil etmiş və ötən
ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az olmuşdur. Hesabat dövründə natura ifadəsində 302,7 ton meyvə-tərəvəz konservləri, 15,92 ton qaymaq və xama, 54,15 ton kərə yağı, 85,23 ton pendir və kəsmik, 314,73 ton buğda unu, 2134,67 ton çörək, 184,05 ton unlu qənnadı məmulatları, 96,39 ton emal edilmiş mərmər, 271 ədəd mebel istehsal olunmuşdur. 2026-cı ilin aprel ayının birinə sənaye müəssisələrinin anbarlarında 202,0 min manatlıq hazır məhsul qalığı qalmışdır.
Hesabat dövründə tikinti sahəsində fəaliyyət göstərən təşkilatların yerinə yetirdikləri işlərin həcmi (fiziki şəxslərin göstəriciləri də nəzərə alınmaqla) 3659,3 min manat təşkil etmiş və 2025-ci ilin yanvar-mart aylarına nisbətən 66,1 faiz çox olmuşdur. Ümumi işin 2616,3 min manatını inşa, yenidənqurma və bərpa, 528,3 min manatını cari təmir, 514,7 min manatını isə sair tikinti işləri təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə inşa, yenidənqurma və bərpa işləri üzrə 195,5 faiz artım, cari təmir işləri üzrə 50,4 faiz azalma, sair tikinti
işləri üzrə isə 167,2 faiz artım müşahidə olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2689,7 min manat və ya 2025-ci ilin yanvar- mart ayları ilə müqayisədə 15,4 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 2523,4 min manat və ya 10,5 faiz çox olmuşdur.