“Söz gücü: Debat Klubu” qrant layihəsi çərçivəsində təlimlər davam edir

“Söz gücü: Debat Klubu” qrant layihəsi çərçivəsində təlimlər davam edir.

Layihə çərçivəsində keçirilən növbəti təlim “Mövzunun analizi və düzgün çərçivələndirmə” mövzusuna həsr olunub. Təlim zamanı iştirakçılara debat mövzularının düzgün təhlil edilməsi, əsas anlayışların müəyyənləşdirilməsi və mövzunun effektiv şəkildə çərçivələndirilməsi prinsipləri izah edilib. Şagirdlər müxtəlif nümunələr üzərində işləyərək mövzunu hissələrə bölməyi, əsas və ikinci dərəcəli məqamları ayırd etməyi və düzgün yanaşma formalaşdırmağı öyrəniblər.

Praktiki tapşırıqlar vasitəsilə iştirakçılar mövzular üzərində analiz aparıb, onları debat üçün uyğun şəkildə strukturlaşdırmağa çalışıblar. Bu proses onların analitik düşünmə, məntiqi yanaşma və arqumentasiya bacarıqlarının inkişafına müsbət təsir göstərib.
Qeyd edək ki, layihənin məqsədi məktəbdə debat klubunun yaradılması vasitəsilə şagirdlərin ünsiyyət, natiqlik və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməkdir.

Xatırladırıq ki, “Söz gücü: Debat Klubu” qrant layihəsi İradə İmambəyli tərəfindən Masallı rayonu Dəmirçi kənd tam orta məktəbində həyata keçirilir.

Paylaş:
Yuxarı