Sosial Xidmətlər Agentliyi tərəfindən Cəlilabad rayonunda yeni il şənliyi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirləri çərçivəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və qarşıdan gələn Yeni il münasibəti iə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Cəlilabad rayonunda yeni il şənliyi keçirilib.

Tədbirdə çıxış edən Agentliyin Lənkəran-Astara regional filialının müdir müavini İlqar Əliyev uşaqlara Yeni il təbriklərini çatdıraraq, onlara cansağlığı, uğurlar arzulayıb.

Ziyafət süfrəsi arxasında əyləşən uşaqlara əyləncəli şou-proqramlar və hədiyyələr təqdim olunub.

Paylaş: