Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə növbəti müsahibə mərhələsinə başlanılır

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.
Müsahibədə iştirak etmək istəyən namizədlər 01 may 2024-cü il tarixindən 10 may 2024-cü il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat başa çatdıqdan sonra müsabiqənin müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.
Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.
Müsahibədə 2023-cü ildə keçirilən müsabiqənin test imtahanı mərhələsində uğur qazanan namizədlərlə yanaşı, həmçinin 2022-ci ildə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqədə uğur qazanıb ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər də vakansiya seçimində iştirak edə bilərlər.
Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yer yarandığı halda, regional təhsil idarəsinin rəsmi internet səhifələrində elan veriləcək. Müsahibənin elanı barədə məlumatlı olmağınız üçün idarənin rəsmi internet səhifələrini mütəmadi izləməyiniz tövsiyə olunur.
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı: https://docs.google.com/…/1gOLQXG5Ty30evGHf4dXw…/edit…
Paylaş:
Yuxarı