“İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil” layihəsinin açılış mərasimi olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil” layihəsinin açılış mərasimi keçirilib.

Mərasim Quba şəhəri Hacıbaba Əliyev adına 1 nömrəli tam orta məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri, layihənin komanda üzvləri, müəllimlər və tələbələr iştirak edib.

Çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd ADPU-nun Quba filiallında təhsil alan 20 nəfər III və IV kurslarına inklüziv
təhsil üzrə təlimlərdən keçirmək, gələcəyin müəllimlərinin inklüziv sinif otaqlarında dərs keçmək üçün potensial və səriştələrinin artırmaq, onların biliklərinin paylaşması və ilkin təcrübələrinin
toplanması məqsədilə məktəblərdə könüllülük failiyyətinə cəlb etmək və 5 məktəbdə öyrənmədə çətinliyi olan – sağlamlıq imkanları məhdud olan uşaqların davamlı öyrənməsini təmin etməkdir. Həmçinin vurğulanıb ki, sağlamlıq imkanları məhdud olan təhsilalanların ehtiyaclarının təyin edilməsi üçün sorğuların keçiriləcək, inklüziv təhsil haqqında təlim materialının və vəsaitlərin hazırlanacaq, təlim prosesini həyata keçirəcək təlimçilərin seçiləcək, ADPU-nun Quba filialında təhsil alan tələbələrdən layihəyə cəlb ediləcək könüllülərin seçiləcəkdir. Eyni zamanda tələbələr inklüziv təhsilin məqsəd və vəzifələri ilə tanış ediləcək, onlara uşaqyönümlü pedaqogikanın əsas xüsusiyyətləri mənimsədiləcək, inklüziv sinif təcrübəsinin yaradılması bacarıqlarını formalaşdırılacaqdır.

Tədbirdə çıxış edənlər digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.

Paylaş:
Yuxarı