Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinə səfər edilib və müəllimlərlə görüş keçirilib

Şirvanda müəllimlərlə görüş keçirilib.
Regioninfo xəbər verir ki, görüşdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli regionun təhsil nəticələri barədə təqdimatla çıxış edib.
Daha sonra Agentliyin direktor müavini Mehriban Vəliyeva müəllim missiyası və vəzifələri, qarşıda duran hədəflər, həyata keçirilən islahatyönlü layihələr haqqında danışıb, müəllimlərin peşəkar inkişafının vacibliyini vurğulayıb.
Görüşün sonunda danışılan mövzular ətrafında müəllimlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallara cavab verilib.
Bununla yanaşı, Mehriban Vəliyeva Şirvan şəhər 10 nömrəli tam orta məktəbi və 4 saylı körpələr evi uşaq bağçasının fəaliyyəti ilə yaxından tanış olub, təlim tərbiyə prosesini izləyib.
Paylaş:
Yuxarı