Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

Regioninfo-nun məlumatına görə, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Belə ki, “Niva” markalı minik avtomobili “Kamaz” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, rayonun Nəsimikənd kənd sakini, 1945-ci il təvəllüdlü Xudayar Qulamov  və sərnişini, 32 yaşlı Telman Qulamov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı