Lənkəranda baş verən qəzada 7 nəfər xəsarət alıb

Lənkəranda ağı yol nəqliyyat hadisəsi baş verib.

Regioninfo-nun məlumata görə hadisə Lənkəran – Boradigah – Masallı yolunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “QAZel” markalı yük maşını, “VAZ-21011” markalı minik avtomobili ilə toqquşub. Toqquşma nəticəsində 5 nəfər Bərdə rayon sakinləri 1984 – cü il təvəllüdlü Ramin İsax oğlu Hüseynov, 1957 – ci il təvəllüdlü Roza İsacan qızı Hümmətova, 2009 – cu il təvəllüdlü Yasəmən Yasin qızı Şirinzadə, 1981 – ci il təvəllüdlü Sevil Sabir qızı Hüseynova, 1980 – cı il təvəllüdlü Sevinc Sabir qızı Hüseynova və iki nəfər Lənkəran rayon sakinləri 1988 – ci il təvəllüdlü Elmin Əli oğlu Rzayev, 1984 – cü il təvəllüdlü Mirmayis Mətləb oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının Acil şöbəsinə yerləşdiriliblər. Yaralılardan Roza Hümmətovanın vəziyyəti ağır qiymətləndirilir.

Hazırda xəstələrin müalicələri Acil şöbəsində davam etdirilir.

Qeyd edək ki, Bərdə sakinlərinin Lənkərana qonaq gəldiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı