Biləsuvar və Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Biləsuvar və Cəlilabad rayonlarında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb.

Regioninfo-nun məlumatına görə, Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Parkına gələrək dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Cəlilabad rayonunda da anılıb. Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, YAP rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Cəlilabad və Göytəpə şəhərlərindəki Heydər Əliyev Parkında, həmçinin Alar kənd 1 saylı tam orta məktəbinin ərazisində yerləşən abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Paylaş:
Yuxarı