Biləsuvarın təhsil müəssisələrində Zəfər günü qeyd olunub – FOTOLAR

Biləsuvar rayonunda yerləşən təhsil müəssisələrində Zəfər günü qeyd olunub.

Regioninfo xəbər verir ki, tədbirlərdə qazilər, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxışlarda qeyd olunub ki, 30 ildən sonra min bir əziyyətlə 44 günə qəhrəman oğullarımızın canı, qanı bahasına qazandığı “8 Noyabr Zəfər günü” tariximizdə əlamətdar günlərdən biridir.

Daha sonra bayram tədbirləri şagirdlərin hazırladıqları şeir, mahnı və rəqslərlə davam edib.

Paylaş:
Yuxarı