M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi “Sabahın alimləri” Müsabiqəsində gümüş medal qazanıb

Mübariz Liseyi – Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin şagirdləri növbəti dəfə böyük uğura imza atıblar.

Regioninfo xəbər verir ki, 3 gün davam edən “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsində iştirak edən 6 şagird gümüş medal qazanıblar.

Şagirdləri və elmi rəhbərləri bu münasibətilə təbrik edir, uğurlarının davamını diləyirik.
Paylaş:
Yuxarı