Şirvan -Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki 17 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq edilir

Şirvan -Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki 17 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq edilir.
Layihənin əhatə etdiyi məktəblərdə 160 sinif üzrə 4001 şagird tədrisə cəlb edilib.
İl ərzində STEAM layihəsi tətbiq olunan təhsil müəssisələrinin sayının artırılması nəzərdə tutulur.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.
Xatırladaq ki, STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.
Paylaş:
Yuxarı