Salyan rayonunda təhsil işçiləri ilə görüş keçirilib

Salyan rayonunda təhsil işçiləri ilə görüş keçirilib.
Şirvan -Salyan Regional Təhsi İdarəsinin müdiri Sənan Mənsimli Salyan rayon ümumi təhsil müəssisələrində çalışan direktor müavinləri, IV sinifdə tədris aparan ibtidai sinif müəllimləri və VI sinifdə Azərbaycan dili, riyaziyyat, təbiət fənnini tədris edən müəllimlərlə görüşüb.
Görüşdə tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər, Salyan rayon ümumtəhsil məktəblərində aparılan monitorinqlərin nəticələri, IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə təşkil ediləcək monitorinqlər müzakirə olunub.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallara cavab verilib.
Paylaş:
Yuxarı